Oyun adı altında kriptovalyuta cüzdanlarının məlumatlarını oğurlayan troyan aşkar edilib.
“Kaspersky Lab”ın məlumatına görə, hakerlər məlumatların oğurlanması üçün “Among Us”, “Battlefield 4”, “Battlefield V”, “Control”, “Counter-Strike: Global Offensive”, “FIFA 21”, “Fortnite”, “GTA V”, 2Minecraft”, “NBA 2K21”, “Need for Speed Heat”, “PUBG”, “Rust”, “The Sims 4” və “Titanfall 2” oyunlarından istifadə edib. Bu tip fayların yüklənməsi halları 45 ölkədə qeydə alınıb. Zərərverici proqramın aktivlik piki bu ilin yazına düşüb.
Məlumata görə, troyan saxlanılan parolları, mətn fayllarını oğurlaya bilir, sistem haqqında məlumatlar toplayır, iş masasının srkinşotunu edir.