Sənədləri qaydasında olan Əfqanıstan vətəndaşları ABŞ hərbçilərinin gedişindən sonra da ölkəni tərk edə biləcəklər.
Bunu Dohada “Taliban”ın siyasi ofisi başçısının müavini Şir Məhəmməd Abbas Stanikzayla görüşündən sonra Almaniyanın Əfqanıstandakı səfiri Markuz Potzel bəyan edib.
O, bu barədə “Twitter” səhifəsində məlumat verib.
Səfir bildirib ki, əfqanlar avqustun 31-dən sonra da kommersiya reyslərilə ölkədən çıxa və səyahət edə biləcəklər.