Nigeriyanın Plateau əyalətində silahlı hücum nəticəsində 36 mülki şəxs həyatını itirib.
Hücumun qarşısını alan təhlükəsizlik qüvvələri 10 şübhəli şəxsi saxlayıb.
Əyalətdə 24 saatlıq komendant saatı elan edilib.
Qeyd edək ki, Nigeriyanın şimalında hakim Hausa-Fulani qrupu ilə kiçik yerli etnik qruplar arasında tez-tez toqquşmalar olur. Avqustun 14-də sonuncu silahlı hücumda 22 nəfər həyatını itirmişdi.