Rusiyanın koronavirusa qarşı hazırladığı "KoviVak” peyvəndinin tərkibi dəyişdiriləcək və yeni ştammlara, o cümlədən "Delta”ya qarşı təsirli olacaq.
Bu barədə Çumakov Mərkəzinin baş direktoru Aydar İşmuhametov "Rossiya 24”ün efirində deyib.
Onun sözlərinə görə, dərman yeni koronavirus ştammlarının ortaya çıxması nəzərə alınmaqla təkmilləşdiriləcək.
Bundan əlavə, Çumakov Mərkəzi bu ilin sentyabr ayında 60 yaşdan yuxarı insanlar üzərində "KoviVak” vaksininin klinik sınaqlarının üçüncü mərhələsinin təsdiqini gözləyir.
Xatırladaq ki, "KoviVak” peyvəndi ötən il Çumakov Mərkəzi tərəfindən Rusiyada hazırlanıb. Bu dərman Rusiya ərazisində koronavirus infeksiyasına qarşı qeydiyyata alınan üçüncü peyvənddir.