Dünya iqtisadiyyatının artımı bu il 5,7% -ə çatacaq və 2025 -ci ildə 3% -ə qədər yavaşlaya bilər.
Bu barədə IHS Markit analitik şirkətinin qlobal iqtisadiyyat üzrə icraçı direktoru Sara Consonun proqnozunda deyilir.
Onun sözlərinə görə, 2020-ci ildə 3,4% -lik enişdən sonra, dünya üzrə ÜDM-in 2021-ci ildə 5,7%, 2022-ci ildə 4,5% artacağı gözlənilir:
“Bu da istehlak xərclərində və biznes investisiyalarında əhəmiyyətli bir canlanmaya səbəb olacaq. Artım tədricən yavaşlayacaq və 2025-ci ildə 3% -ə çatacaq. Bununla birlikdə, bu rəqəm 2019-cu ildə, böhran öncəsi qeydə alınan 2,7% artımdan daha yaxşı olacaq”.