Dekabr ayında 85 yaşı tamam olacaq Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər.
Bu barədə İtaliyanın "Libero” nəşri məlumat yayıb.
Mənbə iddia edir ki, Papa Fransisk dörd iyulda bağırsağından əməliyyat olunub və onun mümkün qərarı məhz keçirdiyi sonuncu əməliyyatla əlaqədardır.
Bundan əlavə, Papa Fransisk 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə güclü soyuqdəymə keçirib.