Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyasını “Krım Platforması”na dəvət etdiyini açıqlayıb.
“Bu platforma onu bu qədər maraqlandırırsa, Rusiya Federasiyasını “Krım Platforması”na qoşulmağa dəvət edirik ki, Krımı işğaldan çıxarmaq və tarixi, faciəli səhvini düzəltmək yollarını birlikdə işləyib hazırlayaq”, - deyə Zelenski zirvə toplantısında vurğulayıb.
Ukraynanın təşəbbüsü ilə keçirilən “Krım Platforması” zirvəsi avqustun 23-də Kiyevdə keçirilir. Burada Krıma nəzarəti geri qaytarmaq məsələsi müzakirə olunur. Sammitdə 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edir.