Avstriya Ukraynaya 500 min dozaya yaxın “AstraZeneca” peyvəndini qarşılıqsız olaraq verəcək.
Bu barədə “Nachrichten” nəşri Avstriya Nazirlər Kabinetinə istinadən məlumat yayıb.
Məlumata görə, vaksinin 250 min dozası artıq avqustun 23-də Ukraynaya çatdırılacaq. Qalan hissə isə payız aylarında tədarük olunacaq.
Qeyd edək ki, indiyədək Ukrayna 800 min “AstraZeneca” peyvəndi əldə edib.