Hər yeyilən “hot-doq” insan həyatını 36 dəqiqə qısaldır.
ABŞ-ın Miçiqan Universitetinin alimləri belə nəticəyə gəliblər.
Müvafiq araşdırma barədə “Daily Telegraph” yazıb.
Araşdırma müəllifləri müəyyən ediblər ki, yeyilən emal olunmuş istənilən növ ət məhsulunun hər qramı ömürdən gedən 45 saniyəyə bərabərdir.
Həmçinin alimlər sağlam həyatı ən çox uzadan məhsulu da açıqlayıblar. Onlar bildiriblər ki, bir ovuc fındıq ömrün uzunluğunu 26 dəqiqə artırır.