ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz xələfi Baydenə Əfqanıstandakı təxliyə prosesində buraxılan səhvlərə görə üzr istəməyi təklif edib.
TASS xəbər verir ki, eks-prezident ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını kapitulyasiya adlandırıb.
“Baydenin dövründə Əfqanıstan: bu evakuasiya deyil, kapitulyasiyadır. Əfqanıstandan vətəndaşların təxliyəsindən öncə ABŞ qoşunlarının çıxarılması tarixdəki ən böyük taktiki səhvdir. Görəsən o, buna görə üzr istəyəcəkmi?”, - deyə Tramp siyasi rəqibinə sual ünvanlayıb.