"Taliban” hərəkatının yaraqlıları Kabil hava limanına girişi bloklayır. Bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, "Taliban” əsasən ölkəni tərk etmək istəyən əfqanıstanlılar üçün hava limanına girişin qarşısını alır.
Daha əvvəl taliblərin hava limanından bir neçə kilometr aralıda patrul xidməti qurduqları bildirilmişdi.
Bununla yanaşı, səhər saatlarında "Pakistan International Airlines” təyyarəsi təxminən 350 nəfəri İslamabada təxliyə edib. Pakistandan başqa bir təyyarə əfqanıstanlıları və beynəlxalq təşkilatlarda çalışan xarici vətəndaşları təxliyə etmək üçün Kabilə enib.
Kabil hava limanında vəziyyət gərgin olaraq qalır. KİV-də yayılan xəbərlərə görə, minlərlə insan ölkəni tərk etməyə çalışır. (oxu.az)