Ukrayna prezidenti Vladimir Zelenski ölkə müstəqilliyinin 30 illiyinə həsr olunmuş “Sağlam Ukrayna 30” idman çelencini dəstəkləyib.
O, müvafiq görüntüləri özünün “Facebook” səhifəsindən paylaşıb.
Dövlət başçısı milli köynək geyinərək, öz sevimli idman hərəkətini 30 dəfə icra etdikdən sonra estafeti ölkənin Milli Olimpiya Komitəsi və Olimpiya yığmasına ötürüb.