Türkiyə müdafiə sənayesinin ilk avtomatik dəniz qayığı olan “Ulaq” seriyasının istehsalçısı olan “Ares” tərsanəsi daha bir yeniliyə imza atmağa hazırlaşır.
Bu barədə şirkətin baş derektoru Utku Alanç İstanbulda keçirilən IDEF-21 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində “Anadolu” agentliyinə açıqlaması zamanı bildirib.
Onun sözlərinə görə, artıq “Ares”də robot sualtı müdafiə qayığının istehsalı üzrə hazırlıq işləri tamamlanıb.
Şirkət rəhbəri dron-gəminin istehsalında istifadə olunan detalların və proqram təminatının 90% yerli məhsul olduğunu qeyd edib. O, sözügedən hərbi vasitənin, xüsusən sabotaj məqsədilə limanlara daxil olan dalğıclara qarşı tətbiq edilə biləcəyini də vurğulayıb.