Almaniya Kansleri Angela Merkel Rusiyaya işgüzar səfəri çərçivəsində ölkə prezidenti Vladimir Putinlə görüşüb.
“Haber Global”ın məlumatına görə, Rusiya dövlət başçısı Kansleri gül-çiçəklə qarşılayıb.
Merkellə Putin arasında vida görüşü kimi dəyərləndirilən danışıqlar 3 saata yaxın davam edib.
Görüşün başlanmasından öncə Merkelin xüsusi olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovla salamlaşmaq üçün ayağa qalxması diqqətdən qaçmayıb.
Rusiyadan sonra Almaniya hökuməti başçısının Ukraynaya səfər edəcəyi, sentyabrın 26-da ölkəsində keçiriləcək seçkilərin ardından isə 16 illik vəzifəsindən gedəcəyi bildirilib.