19 avqust 2021-ci il tarixində Lənkəran rayonu, Xanbulan kəndi ərazisində iki nəfər Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Əməliyyat şəraiti qiymətləndirilərkən Bakı şəhər sakinləri olan iki nəfərin (ər və arvad) Xanbulan çayı ətrafında yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.
Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunaraq, ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.