Son 24 saat ərzində Türkiyədə koronavirusdan 166 nəfər vəfat edib.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, mayın 26-da yoxlanış məqsədilə götürülən 221 214 testdən 8738-i müsbət çıxıb.
Sutka ərzində 12 205 nəfərin sağalması və ya karantin müddətinin bitməsilə bugünədək virusdan sağalanların ümumi sayı 5 057 713 nəfərə yüksəlib.
Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1561 nəfərdir.