Xüsusi təlim keçən itlərin 94 faizi COVID-19 infeksiyasını aşkar edə bilirlər.
Median.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu, İngiltərənin paytaxtı Londonda yerlən Gigiyena və Tropik Tibb Məktəbində (LSHTM) aparılan araşdırma zamanı məlum olub.
Təlim keçmiş itlər simptomları olmayan xəstələri belə aşkar edə biləcəklər. Həmçinin onlardan sərhəddə və ya hava limanlarında istifadə ediləcək.
Arasdırmanın son nəticəsində itlərin biyosensorlarının insan sağlamlığı məlumatlarını, habelə narkotikləri, qidaları və ya partlayıcı maddələri aşkar edə bildiyi xatırladılır. Qeyd edilir ki, itlər COVID-19-a səbəb olan Sars-CoV-2 nümunələrini 82-94 faiz nisbətində aşkar edirlər.
Alimlər tədqiqat üçün insanların istifadə etdikləri paltarları və üz maskalarını itlərə iylədiblər. Testlərdən birində isə bu heyvanların 6-na COVID-19-a tutulan 200 nəfərin corabları iylədilib. Məlum olub ki, itlər çox dəqiq şəkildə COVID-19-un qoxusunu hiss edirlər. (publika.az)