Ukrayna 26 may gecə yarısından etibarən Belarusla hava nəqliyyatını tamamilə dayandırır.
Bu barədə ölkənin baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.
Bundan əlavə, Ukrayna hava yollarına və təyyarələrinə Belarusun hava məkanında uçuşlar qadağan ediləcək.
Şmıqalın sözlərinə görə, hava nəqliyyatının bağlanması qərarı uçuşların və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Xatırladaq ki, “Ryanair” təyyarəsinin Minskə məcburi enişindən sonra bir çox iri aviaşirkət Belarus hava məkanından uçmaqdan imtina edib. Daha əvvəl oxşar qərar Fransa, Böyük Britaniya, Finlandiya, Avstriya, Litva və digər ölkələrdə elan olunub.