Mürəkkəb beynəlxalq vəziyyət və Rusiya sərhədləri yaxınlığında potensial risklər ölkənin Silahlı Qüvvələrindən yüksək səviyyədə döyüş hazırlığı tələb edir.
Median.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksi müəssisələrinin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.
"Mürəkkəb beynəlxalq vəziyyət, potensial risklər və Rusiyanın təhlükəsizliyinə təhdidlər Rusiya Silahlı Qüvvələrindən daimi və yüksək səviyyədə döyüş hazırlığı tələb edir. Bütün qoşun növləri dünyanın aparıcı hərbi güclərinin hərbi strategiyasında və taktikasında izlənilən mövcud tendensiyalar tam nəzərə alınaraq balanslı və sistematik şəkildə inkişaf etməlidir", - deyə V. Putin vurğulayıb.