Kanadalı müğənni Ze Vikend (əsl adı - Aybel Tesfaye) “Ən yaxşı musiqiçi” əsas kateqoriyası da daxil olmaqla on kateqoriyada mükafat alaraq “Billboard Music Awards”ın qalibi olub.
“Billboard” qaliblərin tam siyahısını təqdim edib.
Vikend eyni zamanda “İlin Müğənnisi” və “Ən Yaxşı R&B ifaçı” kateqoriyalarında da nailiyyət qazanıb.
“İlin müğənnisi” adı isə Taylor Sviftə verilib.
K-pop qrupu BTS “İlin Ən Yaxşı Musiqi Qrupu” seçilib. Cənubi Koreyalı sənətçilər həm də “Tamaşaçı rəğbətinə” və ən çox satılan mahnı - “Dinamit” sinqlı üçün mükafata layiq görülüb.
20 yaşında 2020-ci ilin fevralında Los-Ancelesdə güllələnən amerikalı reper Pop Smok ölümündən sonra “Ən yaxşı yeni ifaçı” seçilib.