Rusiyada 10 milyondan çox şəxs koronavirusa qarşı tam peyvənd olunub.
Median.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Mərkəzi Epidemiologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Vasili Akimkin deyib.
O bildirib ki, ümumilikdə Rusiyada 25 milyon doza vaksin vurulub.
Qeyd edək ki, bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötüb, 118 mindən çox xəstə vəfat edib.