Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşması uğurla reallaşdırılır.
Median.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Bu gün demək lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşması ümumilikdə uğurla reallaşdırılır. Bu, xüsusilə, konfliktin humanitar və sosial-iqtisadi nəticələrini aradan qaldırmaq, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokadasını ləğv etmək üçün lazımdır”, – deyə o bildirib.