Ermənistan ordusunun müddətli hərbi xidmətə çağırılmış daha bir əsgərinin cəsədi asılmış vəziyyətdə aşkar olunub.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Hərbi hissələrin birində baş vermiş faktı ölkənin Müdafiə Nazirliyi də təsdiqləyib.
İlkin fərziyyəyə görə, o, intihar edib.
Əsgərin kimliyi açıqlanmayıb. Onun cari ilin əvvəlində orduya çağırıldığı bildirilib.