Hindistanın Qücərat və Maharaştra ştatlarının hər birində iki mindən artıq şəxs qara kif göbələyi xəstəliyinə yoluxub.
Bu barədə “News 18” telekanalı məlumat yayıb.
Məlumata əsasən, xəstəlik ölümlə nəticələnə bilər.
Ölkənin kimya sənayesi naziri Sadananda Hovda isə özünün “Twitter” səhifəsində yoluxanların sayını 8848 kimi qeyd edib.
Onun sözlərinə görə, yoluxma halları Qücərat və Maharaştra ştatları ilə yanaşı, Racastxan, Andxra-Pradeş və Karnataka ştatlarında da aşkar olunub.