ABŞ-da Kapitoliyə hücumdan sonra 70-dən çox polis əməkdaşı işdən çıxıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:30 Azərbaycanda polis ehtiyatsızlıq nəticəsində həyatını itirdi  |     13:22 Kolleclərə yeni təyinatlar olub  |     13:15 Mayk Tayson məğlubiyyətdən sonra boksdakı taleyi ilə bağlı açıqlama verdi  |     13:08 Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib  |     13:02 Sabahın hava proqnozu AÇIQLANDI - 17.11.2024  |     22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |    

ABŞ-da Kapitoliyə hücumdan sonra 70-dən çox polis əməkdaşı işdən çıxıb

Bu ilin 6 yanvarında ABŞ-da sabiq prezident Donald Trampın tərəfdarlarının Kapitolidəki qarışıqlıqlarından sonra 70-dən çox polis əməkdaşı işdən çıxıb.

Bu barədə polisin həmkarlar ittifaqına istinadən “Politico” nəşri bildirib.

Kapitoli polisinin Həmkarlar İttifaqının sədri Qus Papatanasiu bildirib ki, daha uzun saatlı iş günləri və yanvar, aprel hadisələrinin travmatik nəticələri ilə üzləşən polislər ruhdan düşüblər və vəziyyətdən çıxış yolu axtarırlar.

Yanvarın 6-da Birləşmiş Ştatların həmin vaxtdakı prezidenti Donald Trampın tərəfdarları Kapitolidə dağıntılar törədib və prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olub. Rəsmi məlumata görə, qarışıqlıqlar zamanı 5 nəfər həlak olub.

Aprelin əvvələrində isə naməlum sürücü Kapitoli ərazisinə yaxınlaşıb. O, avtomobillə 2 polis əməkdaşını vurub və maşını hasara çırpıb. Naməlum şəxs sonra polis əməkdaşlarına hücum edib. Asayiş keşikçiləri ona atəş açaraq yaralayıblar. Cinayətkar xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            690 22.05.21 22:24