Rusiyanın Murmansk şəhərində təlim zamanı iki polis əməkdaşı “Mi-8” helikopterindən yerə çırpılıb.
Bu barədə “Baza” “Telegram” kanalında video paylaşılıb.
Onlar havadan gəmiyə enmə təlimi keçən zaman 15 metr yüksəklikdən yıxılıblar.
İlkin məlumatlara görə, faciəyə pis hava şəraiti səbəb olub – helikopteri idarə edən pilot düymələri səhv salıb, nəticədə isə təlimçilərə bağlanan kəndirlərin uzunluğu yetəri qədər olmayıb.