“Telegram” messencerinin yaradıcısı Pavel Durov “Facebook” səhifəsini ləğv edib.
Bu barədə Rusiya KİV-i sosial şəbəkənin məlumatlarına istinadən xəbər yayıb.
Durovun “Facebook” şirkətinə məxsus olan “Instagram” şəbəkəsindəki profilinin isə hələ ki, aktiv olduğu bildirilib.
Qeyd olunub ki, “Telegram”ın təsisçisi “Facebook”u dəfələrlə tənqid edib. Durov bəyan edib ki, şirkət “WhatsApp” vasitəsilə istifadəçiləri izləyir və onların yazışmalarını yetərincə qorumur.