ABŞ Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçuların ekstremizmə maraqlarını yoxlayacaq.
Bu barədə “Fox News” Pentaqonun daxili sənədinə istinadən xəbər verib.
Kanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi özəl şirkətlərin vasitəçiliyi ilə müvafiq proqram hazırlamağa hazırlaşır.
Sistemin açar sözlərlə sosial mediadakı hərbi yazıları davamlı izləməsi gözlənilir.
Müvafiq proqrama Pentaqon rəhbərinin baş müşaviri Bişop Harrison tərəfindən nəzarət ediləcək.