İran küçələrində bədən üzvlərinin satışı ilə bağlı elanların sayı getdikcə artır.
Median.Az axar.az-a istinadla xəbər verir ki, paytaxt Tehran başda olmaqla, İran şəhərlərinin küçələrində qapı və divarlara yapışdırılan elanların əksəriyyəti "gənclər"in bədən üzvlərinin satışı ilə bağlı elanlardır.
Elanlarda deyilir:
"Borcum var, gəlirim borclarımı ödəyə bilmək üçün yetərli deyil. Fərq etməz, böyrək və ya qaraciyər. Hər hansı üçün yaxşı müştəri tapılarsa, sataram".
"A+ qan qrupu olan 25 yaşlı qızam. Böyrəklərimi satıram".
"10 yaşlı oğlumun əməliyyata ehtiyacı var, müalicə xərci yüksəkdir və böyrəyimi satmaqdan başqa çarəm yoxdur".
32 yaşlı bir qadın isə pulla girov əmlak sənədi əldə edərək ərini həbsdən azad etmək üçün böyrəyini satmaq istədiyini bildirən elan paylaşıb.