Türkiyədə koronavirusa yoluxanların sayı beşə çatıb.
“Haber Global”ın məlumatına görə, ölkənin səhiyyə naziri Fahreddin Koca daha üç nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.
Xatırladaq ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.