“İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcək”.
APA-nın verdiyi xəbərə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp bu gün özünün "Twitter" hesabında yazıb.
Xatırladaq ki, İran bəyanat yayaraq nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atdığını və nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcəyini bildirib.