Avstraliyada meşə yanğınları tüğyan edir. Yanğınla mübarizəyə könüllü dəstələr də cəlb edilib.
“Life” məlumat verir ki, belə könüllülərdən biri, 24 yaşlı Sem Makqloun yaşadığı Breydvud şəhərində yanğını söndürməyə çalışarkən budaqların altından körpə kenqurunu xilas edərək irəliləməkdə olan alovdan qoruyub.