Rusiya Prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsini müzakirə ediblər. Onlar ABŞ-ın Bağdad aeroportuna raket zərbəsi nəticəsində Qasım Süleymaninin həlak olması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Məlumatda bildirilir ki, Putin və Makron hadisənin regionda vəziyyəti ciddi şəkildə kəskinləşdirə biləcəyini təsdibləyiblər. Suriyada və Liviyada yaranmış vəziyyət də müzakirə mövzusu olub.