Sudanın qərbində yerləşən Darfur əyalətində “An-12” təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi heyət üzvü, üç hakim və səkkiz mülki şəxs daxil olmaqla, 18 nəfər həlak olub.
RİA “Novosti”nin məlumatına əsasən, bu barədə “SUNA” agentliyi ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Amer Məhəmməd Əhmədə istinadla xəbər verir.
Qeyd edilir ki, təyyarə havaya qalxdıqdan 5 dəqiqə sonra El-Qeneyna şəhərinin hava limanından beş kilometr məsafədə yerə çırpılıb.
Bundan əvvəl təyyarənin göyərtəsində 15 nəfərin olduğu bildirilirdi.