Almaniya Silahlı Qüvvələrinin sahib olduğu 152 helikopterdən yalnız 20-si istismara yararlıdır.
“Bild” nəşri bu barədə yanvarın 2-də Almaniya Silahlı Qüvvələrinin gizli hesabatına istinadən informasiya yayıb.
“Tiger”lərin faciəli istismar vəziyyəti pilotların hazırlanmasına da təsir göstərir. Bu cür vəziyyətə imkan vermək məsuliyyətsizlikdir”, - Almaniya parlamentində “Yaşıllar” Partiyası fraksiyasının nümayəndəsi Tobias Lindner bildirib.
Məqalə müəllifinin sözlərinə görə, alman ordusunun “Tiger” helikopterlərinin 53-dən yalnız səkkizi, NH90 nəqliyyat helikopterlərindən isə yalnız 99-dan 12-si istismara yararlı vəziyyətdədir.