İranın Hormuzqan əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Median.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanların episentri Qələ Qazi bölgəsində, ocağı isə 20 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.