Berlin şəhərinin mərkəzində naməlum şəxs mağazada atəş açıb.
Median.Az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir.
Hadisə yerində silahlı polislər keşik çəkir. Eyni zamanda hadisə nəticəsində xəsarət alanın olub-olmaması bəlli deyil.
Həmin məkanın vaxtilə Berlin divarının mühüm buraxılış məntəqəsinin yaxınlığında yerləşdiyi, hazırda isə turistlərin sevimli yerlərindən biri olduğu bildirilir.