Türkiyədə ard-arda doqquz zəlzələ olub.
“Sözçü”nün xəbərinə görə, Balıkesir şəhərində üç saat ərzində baş verən zəlzələ bir neçə rayonda hiss edilib.
Ən güclüsü 3,5 bal gücündə olan zəlzələlər, 6,8 kilometr dərinlikdə baş verib.
Fəsadlar haqqında məlumat verilməyib.