Bakının Nərimanov rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıl Hidayətzadə küçəsində baş verib.
"Mercedes" markalı avtomobilin mühərrik hissəsi qəfil alışıb. Alov yaxınlıqdakı obyektin giriş qapısına keçib. Əraziyə FHN-in 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun digər avtomobil və obyektə keçməsinin qarşısı alınıb.