Rusiyanın elm istehsalat birliyi “Androidnaya texnika” yaponiyalı həmkarları “GITAI” ilə birgə Ay səthində fəaliyyət göstərmək üçün robot yaratmağı planlaşdırırlar.
Bu barədə TASS agentliyinə şirkətin icraçı direktoru Yevgeni Dudorov məlumat verib.
“Yaponiyalı həmkarlarımız bizimlə eyni istiqamət üzrə düşünürlər: bu, yaxın və uzaq kosmosun mənimsənilməsi üçün robot texnikası komplekslərinin plana uyğun inkişafıdır. Onlar və biz, ilkin məqsəd olaraq, Ayda işləmək və faydalı funksiyaları yerinə yetirmək üçün sözügedən kompleksləri yaradırıq”, - Yevgeni Dudorov bildirib.