Rusiyanın Volqoqrad vilayətində gecə soyuq havada çöldə qalan azyaşlı donaraq ölüb.
Surovikino şəhərində 11 aylıq körpə gecə vaxtı iməkləyərək, evdən çölə çıxıb və soyuq havada çöldə qaldığından donaraq ölüb.
TASS-ın verdiyi xəbərə görə, onun meyitini evin iki metrliyində tapıblar.