Cənubi Afrika Respublikasının Orkni şəhərindəki qızıl mədənində çökmə nəticəsində baş verən qəzada 4 fəhlə ölüb.
“News24” xəbər verir ki, çökmə nəticəsində 5 fəhlə mədəndə iflic vəziyyətdə qalıb.
Xilasetmə əməliyyatı nəticəsində fəhlələrdən birini xilas etmək mümkün olub. Ölən fəhlələrin cəsədləri dekabrın 8-də mədəndən çıxardılıb.
CAR-nın Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ötən il ölkənin mədənlərində 81 nəfər ölüb.