Rusiyada kişilərin yarısı (46 faiz) ehtiyac olarsa, qadınlarının əvəzinə "analıq (atalıq) məzuniyyəti"nə getməyə hazırdır.
Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 38 faiz isə qadının əvəzinə "analıq məzuniyyətinə" gedə bilməyəcəyini dilə gətirib.
Rusiyada 94 faiz hallarda uşağa görə məzuniyyətə analar çıxırlar. Övladları xəstələnəndə qadınların 75 faizi, kişilərin isə 8 faizi arayış alaraq işə getmir. 9 faiz halda isə qadın və kişi məzuniyyətini növbə ilə götürür.
Qadın üçün ailə məsuliyyətlərinə yeməyin hazırlanması (88 faiz), paltar yumaq (87 faiz), uşaqlara dərslərində yardım etmək (64 faiz), onları yatırtmaq (64 faiz) daxildir. Eyni zamanda qadınlar uşaqları ilə gəzməli (58 faiz), onları yuyundurmalı (57 faiz), asudə vaxtlarını (56) təşkil etməlidirlər.
Rusiyada ataların əsas işi uşaqları məktəbə və ya bağçaya aparmaq (42), onlarla gəzmək (42 faiz) və ya teatra, kinoya və ya muzeyə (37 faiz) aparmaqdır. Kişilər çox az halda yemək bişirir (28 faiz) və uşaqları yatmağa (27 faiz) hazırlayırlar. 55 faiz halda kişilər ailə büdcəsini təmin edirlər. 26 faiz halda qadınlar kişilərdən çox qazanırlar. 21 faiz cütlüklərdə isə qazanc bərabərdir. Eyni zamanda ər-arvadın yalnız üçdə biri (34%) uşağa qayğı göstərmək vəzifələrini bərabər bölüşürlər. Məlumata görə, rusların 54%-i kişini, 1 faizi isə qadını qazanan hesab edir.