Evlənmək istədilər, QİÇS-ə yoluxduqları məlum oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Evlənmək istədilər, QİÇS-ə yoluxduqları məlum oldu

Avqust ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 53 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkar edilib.

Bunu oxu.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 9 687 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

"286 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan üç cütlük müəyyənləşdirilib".

Z.Əlimirzəyeva bildirib ki, bu ilin səkkiz ayı ərzində nikaha daxil olmaq üçün 92340 nəfər müayinədən keçib:

"Onlardan 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS aşkarlanıb.

Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub. 2015-ci ildən indiyədək 592153 nəfərdə qan müayinəsi aparılıb. 20548 cütlükdən birində talassemiya daşıyıcılığı, 219 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1870 nəfərdə sifilis, 549 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb".

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 149 03.09.19 16:22