Kürdəmirdə "Kolxoz Bazarı"nda çıxan yanğının ilkin səbəbi açıqlanıb.
Yanğının elektrik naqillərinin qısa qapanması nəticəsində baş verməsi ehtimal edilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, sentyabrın 2-də saat 03:45-də Kürdəmir şəhəri, H.Əliyev pospektində yerləşən "Kolxoz Bazarı" ASC-yə məxsus bazara yanğın başlayıb.
Yanğın nəticəsində ümumi sahəsi 13.550 kvadrat metr olan bazarda sahəsi 735 kvadrat metr olan 12 dükan yanıb, 12,815 kvadrat metr sahə isə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.