Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı

2011-ci ildən başlayaraq doğulan uşaqların sayının azalması prosesi gedir.

Bunu oxu.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

O, ölkəmizdə biruşaqlı ailələrin 30 faiz artdığını bildirib:

"Hazırda bir və ya ikiuşaqlı ailələrin sayından artım var. Ailələrdə üç və dördüncü uşağın doğulma sayında azalma müşahidə edilir. Bu azalma daha çox valideynlərin məsuliyyət hissi ilə bağlıdır. İndiki dövrdə valideynlər uşaqlara hər şeyin yaxşısını vermək istəyir.

Təbii ki, bu da müəyyən xərclər tələb edir. Həm də indiki ailələrdə hər iki valideyn işlədiyi üçün uşaqlara vaxt ayırmaq məsələsi çətinləşib. Ən əsası, onların tərbiyəsi ilə məşğul ola bilmirlər. Bu səbəbdən də valideynlər öz məsuliyyətini başa düşərək, bir və ya iki uşağa üstünlük verir. Şəhərdən fərqli olaraq, regionlarda beş və ya altıuşaqlı ailələr var. Çoxuşaqlı ailələr üçün stimullaşdırıcı tədbirlər görülür.

Bir və ya iki uşağa üstünlük verilməsi dövlət tərəfindən tənzimlənməyən məsələdir. Bu, ailələrin seçimidir. Müəyyən mənada bu seçim daha keyfiyyətli və gələcək nəslin daha sağlam, təhsilli formalaşmasına müəyyən qədər təsir edən amillərdən biri olacaq".

Qurum rəsmisi deyib ki, hazırda Azərbaycanda doğulan uşaqların sayı 2 milyon 600 mindir:

"Əvvəlki illərdə isə bu rəqəm müvafiq olaraq 2 milyon 800 min, 2 milyon 700 min olub.

Statistik göstəricilərə görə, biruşaqlı ailələr 30 faiz, ikiuşaqlı ailələr 40 faiz, üçuşaqlı ailələr 19 faiz, dörddən çox uşağı olan ailələr isə 9 faizdir. 1999-cu illə müqayisədə, dörd və ya daha çox uşaqlı ailələr 7 faiz, iki və üçuşaqlı ailələr isə 5-6 faiz, ümumi olaraq isə çoxuşaqlı ailələr 10 il ərzində 6-7 faiz azalıb. Təkuşaqlı ailələr isə 30 faiz artıb".

Pərviz Əliyev hazırkı tendensiyaya görə çoxuşaqlı ailələrin sayının azalacağını qeyd edib:

"Bu il əhali siyahıya alınacaq. O zaman nəticəni biləcəyik. Amma ölkə üzrə doğulan uşaqların azalması prosesi gedir. Belə ki, 2018-ci ildə bu rəqəm 138 min, 2017-ci ildə 144 min olub. Ümumi olaraq isə 2011-ci ildən (176 min 72 uşaq) doğulan uşaqların sayında ciddi azalmalar gedir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 608 03.09.19 12:36