Bakı Bulvarında dəhşətli hadisə baş verib.
Median.Az bildirir ki, Primetime.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 35-40 yaşlarında kişi özünü dənizə ataraq intihar edib.
Bir neçə dəqiqədən çox suyun altında qalan kişinin dənizdən meyidi çıxarılıb. İlkin ehtimallara görə, kişi içkili olub və intihar edib.
Hadisə yerindən fotoları təqdim edirik.