Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru işdən çıxarılıb.
Median.Az report-a istinadən xəbər verir ki, filialın direktoru, professor Əli Allahverdiyev tutduğu vəzifədən azad edilib. Digər əmrlə bu vəzifəyə Yusif Alıyev təyin edilib.
Qeyd edək ki, Y.Alıyev bu təyinata qədər ADPU-nun Elm və İnnovasiyalar Şöbəsinin müdiri olub.