Ağdamda arxeoloji qazantılar aparılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Ağdamda arxeoloji qazantılar aparılır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası 2019-cu ilin yayında Ağdam rayonu ərazisində çöl tədqiqatlarını davam etdirib.

Median.Az
xəbər verir ki, Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirib ki, çöl tədqiqatlarında məqsəd qədim dövr yaşayış yerlərində yoxlama-kəşfiyyat qazıntılarının aparılması, yeni arxeoloji tapıntıların qeydə alınması, ərazidəki arxeoloji abidələrin xəritəsinin dəqiqləşdirilməsi, həmçinin yerli əhali arasında arxeoloji abidələrin qədim tariximizin öyrənilməsində yeri və rolu, habelə onların mühafizəsi, gələcək nəsillərə çatdırılmasının vacibliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması olub.

Arxeoloqun sözlərinə görə, çöl tədqiqatları zamanı məlum abidələrlə yanaşı, Çəmənli və Sarıcalı kəndləri yaxınlığında eneolit dövrünə aid dörd yeni yaşayış yeri – Sarıcalı, Qarağan təpə, Garus-1 və Garus-2 qeydə alınıb. Həmçinin Ağdam rayonu ərazisindəki arxeoloji abidələrin mühafizə-saxlanılma vəziyyəti yoxlanılıb.

Eradan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdən ibarət Palıdlı-2 yaşayış məskəni və ondan bir kilometr şimalda olan, çoxtəbəqəli Şomulutəpə yaşayış yerində aparılan yoxlama qazıntılarından əldə olunmuş materiallar, xüsusilə son tunc – ilk dəmir dövrünə aid keramika nümunələri həmin yaşayış məskənləri ilə yaxınlıqdakı Palıdlı nekropolu arasındakı bilavasitə bağlılığı bir daha təsdiq edir. Qarabağda 130 ildən artıq bir dövrdə aparılmış arxeoloji tədqiqatlar gedişində ilk dəfə olaraq eyni dövrlü nekropol və yaşayış yerləri arasında bağlılıq sübut olunub.

H.Cəfərov bildirib ki, növbəti ildə Qarabağın son tunc dövrü yaşayış yerlərində – Palıdlı-2 məskənində və Namazalı təpəsində stasionar arxeoloji qazıntıların aparılması planlaşdırılıb.//yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 295 02.09.19 21:20