Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.
Median.Az-ın məlumatına görə, bu barədə Baku.ws-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Helikopter 1991-ci ildə istehsal olunub. "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.
Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.
Hərrac oktyabr ayının 1-də keçiriləcək.